Bakıda CAR vətəndaşı hoteldə ÖLÜ TAPILDI
    • 21-07-2022, 10:00
    • 209

Bakıda CAR vətəndaşı hoteldə ÖLÜ TAPILDI

Bakıda əcnəbi vətəndaş hoteldə ölüb.

News24.az "Apa"-ya istinadən xəbər verir ki, Səbail rayonu, Salyan şossesində yerləşən "Crescent beach" otelində 1975-ci il təvəllüdlü, Cənubi Afrika Respublikası (CAR) vətəndaşı Robert Labuschangne ölüb.

Onun meyitinin üzərində hər hansı bir zorakılıq əlaməti aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.