“Çox özümə qapandım, amma yaxşı ki, belə oldu” - Akif İslamzadə
    • 8-08-2022, 21:28
    • 1 183

“Çox özümə qapandım, amma yaxşı ki, belə oldu” - Akif İslamzadə

Bu gün böyük sənətkar, məlahətli səsi ilə qəlblərə yol tapmış Akif İslamzadənin doğum günüdür.

News24.az xəbər verir ki, müğənni Zamiq Hüseynov sosial şəbəkədə sənətkarla fotolarını paylaşaraq onu təbrik edib.

“Sənətkar, doğum gününüz mübarək! Yaxşı ki, varsız. Bir sözü heç vaxt yadımdan çıxmayacaq. Dedi ki, səsim batanda çox narahat oldum, çox özümə qapandım, çox pis idim… Amma zaman keçdi, dedim, yaxşı ki, belə oldu!

Mən anladım və gülümsədim. O demək istədi ki, Allah hər insana öz işini zirvədə buraxmağı nəsib etsin!” - müğənni qeyd edib.