Ac ayı şəhərdə yemək axtardı – VİDEO
    • 12-08-2022, 17:51
    • 379

Ac ayı şəhərdə yemək axtardı – VİDEO

Meksikanın Nuevo Leon ştatının Monterrey şəhərində ac ayının zibilliklərin içində yemək axtarması gündəm olub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ayı zibillikdən torbalardan birini sürüyərək oradan uzaqlaşıb. 

Videonu görən sosial şəbəkə istifadəçiləri iki yerə bölünüblər: kimisi insanların heyvanları narahat etdiyini, onların yaşadıqları əraziləri mənimsədiyini deyib, kimisi də şəhər sakinləri gecə zibillərini küçəyə qoyduqlarına görə məzəmmət ediblər. 
Rəsmilər ayının əslində meşədə yaşadığını, lakin isti havada şəhərə endiyini bildiriblər. 

Vüsalə Babaşova