Seyran Türkiyə şou-biznesində: “Sana”
    • 22-08-2022, 18:29
    • 471

Seyran Türkiyə şou-biznesində: “Sana”

Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov   "Sana" adlı yeni klipini təqdim edib.


News24.az xəbər verir ki, ekran işi Türkiyənin məşhur "Netd Müzik" kanalında yerləşdirilib.

Musiqisi və sözləri ifaçının özünə aid olan mahnını İsmayılxanov türk dilində oxuyub. Klipin rejissorluğunu da elə müğənni özü edib.

Qardaş ölkədə " MGM Müzik" şirkəti ilə işbirliyinə başlayan müğənninin ilk layihəsi "Sana" olub. 

Qeyd edək ki, Seyran İsmayılxanov 1980-ci ildə Bakıda anadan olub. O, bir neçə dəfə "Avroviziya"nın Azərbaycan üzrə milli seçim turlarında iştirak edib. Onun mahnıları nəinki Almaniyada, həmçinin Azərbaycanda, Türkiyədə və dünyanın digər ölkələrində populyarlıq qazanıb.
Seyran İsmayılxanov 2005-ci ildən Almaniyanın Köln şəhərində yaşayır və işləyir. O, Tacikistan, Qazaxıstan, Monteneqro, Makedoniya, Yunanıstan və digər ölkələrdə bir çox beynəlxalq müsabiqə, festival və konsertlərdə çıxış edib.