Salyanda evlərə basqın edən maskalı şəxs SAXLANILDI
    • 30-08-2022, 10:52
    • 538

Salyanda evlərə basqın edən maskalı şəxs SAXLANILDI

Salyanda maskalı şəxsin evlərə basqın etməsi ilə bağlı məlumatlar sosial şəbəkələrdə yayılmışdı. Yenikənd kənd sakinləri qarətçinin hücumuna məruz qalıblar. Məlumatda iki nəfərin xəsarət aldığı da bildirilib.

News24.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib: “Araşdırmalarla onun rayonun Yenikənd kənd sakini Vüsal Cəfərov olduğu müəyyən edilib”.