Bu da Di Kaprionun yeni UKRAYNALI SEVGİLİSİ – FOTO
    • 3-09-2022, 11:29
    • 658

Bu da Di Kaprionun yeni UKRAYNALI SEVGİLİSİ – FOTO

Hollivud aktyoru Leonardo Di Kaprionun dörd illik münasibətdən sonra model Kamila Morrone ilə ayrılması dünya mətbuatının gündəminə səs salıb.

News24.az xəbər verir ki, Hələ iyul ayında qərb jurnalistləri onu ukraynalı bloqer və model Mariya Bereqovanın yanında görüblər.

Belə ki, qız Leonun San-Tropedəki yaxtasında onunla əylənir. Mariyanın 22 yaşı var, o, bu yaxınlarda Müəmmər Qəddafinin “sağ əli” olan ərəb iş adamından boşanıb.

Di Kaprio və Kamila Morronenin ayrılmasının səbəbi bəlli deyil. Lakin bu mövzuda çoxlu “mem”lər sosial şəbəkələrdə trendə çevrilib. Belə ki, pərəstişkarları aktyorun heç vaxt 25 yaşdan yuxarı qızlarla görüşmədiyini görüblər. Kamila 25 yaşına qədəm qoyar-qoymaz Di Kaprio ondan ayrılıb./Bizim.Media/