Bakıda tədbirə gedən qızlar dəhşət yaşayıb: 1-i ölüb, digərləri isə... – FOTO
    • 21-09-2022, 13:35
    • 335

Bakıda tədbirə gedən qızlar dəhşət yaşayıb: 1-i ölüb, digərləri isə... – FOTO

Bu il aprel ayının 2-də Bakı şəhər Nizami rayonu Heydər Əliyev prospektində gənc qızların düşdüyü ağır yol qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, 2 aprel tarixində saat 10:23-də idarə etdiyi “Hyundai İ20" markalı avtomobili yol kənarına çıxararaq digər maşına çırpan 1991-ci il təvəllüdlü Nərmin Kərimova Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə Nizami rayon Məhkəməsində təqsirləndirilib.

Məhkəmənin hökmü ilə xanım sürücü qeyd edilən maddə üzrə təqsirli bilinərək 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.

Qeyd edək ki, hadisə baş verən gün səhər saatlarında Nərmin metronun “Gənclik” stansiyasının qarşısında rəfiqələri Səadətbəyim Dadaşova, Aysel Cəfərova, Aytac Lətifova və Selcan Lətifovanı götürərək yola çıxıb.

Onlar birlikdə “Sabunçu gənclər evi”də keçiriləcək tədbirə yola düşüblər. yolda olarkən xanım sürücü avtomobilin idarəetməsini itirərək qəza törədib. Nəticədə onun sərnişinlərindən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Cəfərzadə Aysel Ruslan qızı həlak olub. Digər qızlar isə Sabunçu xəstəxanasına çatdırılıb.