Sumqayıtda şirkətin anbarından oğurluq edən qardaşlar tutulub
    • 12-10-2022, 11:32
    • 147

Sumqayıtda şirkətin anbarından oğurluq edən qardaşlar tutulub

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə "Betonzavod" adlanan ərazidə şirkətlərdən birinin anbarından 3 ədəd qaynaq aparatı, 2 ədəd taxta yonan dəzgah və digər texniki avadanlıqların oğurlanması barədə müraciət daxil olub.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Fərid Hacıyev, Vüqar Ağayev və qardaşı Vahid müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.