Azərbaycanlı tələbə Rusiyada təltif edildi
    • 12-10-2022, 17:48
    • 258

Azərbaycanlı tələbə Rusiyada təltif edildi

4-7  oktyabr tarixlərində Rusiya Federasiyası Kalmıkiya Respublikasında  Xəzər dənizi ətrafı ölkələrin universitetlərinin 24-cü Baş  Assambleyası keçirilib.

News24.az xəbər verir ki, tədbirdə Rusiya Dövlət Dumasının deputatları, Kalmıkiya Respublikasının rəhbər şəxsləri və dünyanın 52 təhsil ocağından 155-dən çox rəsmi nümayəndə daxil olmaqla, 500-dən çox  yerli və xarici qonaq iştirak edib. Assambleyada Azərbaycanı Kalmıkiya Dövlət Universitetinin rəsmi dəvəti ilə bu təhsil ocağının məzunu olmuş,  hazırda Azərbaycan Texnologiya Universitetinin tələbəsi, YAP Sabunçu rayon təşkilatının fəalı Namiq Muradov təmsil edib. 

Assambleya çərçivəsində  plenar iclasda iştirak edən Namiq Muradov  Kalmikiya Dövlət Universitetinin rektoru Badma Salayev tərəfindən təbliğat işlərində fəal iştirakına görə universitetin yaranmasının 50 illiyinə həsr edilmiş yubiley medalı ilə təltif edilib.