Bu ölkələr “Avroviziya-2023”dən imtina etdilər
    • 17-10-2022, 14:48
    • 176

Bu ölkələr “Avroviziya-2023”dən imtina etdilər

Dörd ölkə “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina edib.

News24.az xəbər verir ki, bu barədə “Eurovisionworld.com” məlumat yayıb.

Onlar Monteneqro, Bosniya və Herseqovina, Şimali Makedoniya və Bolqarıstandır.

Müsabiqədə iştirakdan imtina edən ilk ölkə Monteneqro olub. Yerli yayım şirkəti RTCG bu qərarı onunla əsaslandırıb ki, ölkənin sadəcə iştirak etmək üçün kifayət qədər büdcəsi yoxdur.

Şimali Makedoniyanın MRT telekanalı ölkədə iqtisadi və enerji böhranlarının yaratdığı yüksək xərclərə görə müsabiqədə iştirak etməyəcəklərini açıqlayıb.

2017-ci ildən müsabiqəyə qatılmayan Bosniya və Herseqovina “Avroviziya-2023”də də iştirak etməyəcək.

Bolqarıstan isə müsabiqənin onlar üçün maraqlı olmadığını açıqlayıb.