Səbaildə moped oğurlayan şəxs SAXLANILDI
    • 14-09-2022, 11:38
    • 170

Səbaildə moped oğurlayan şəxs SAXLANILDI

Səbail RPİ-nin 8-ci Polis Bölməsinə Buxta küçəsindən R.Əliyevə məxsus 1500 manat dəyərində “Moon” markalı mopedin oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Salyan rayon sakini Vüsal Əzizov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.