Sabahın hava proqnozu AÇIQLANDI
    • 20-10-2022, 12:50
    • 139

Sabahın hava proqnozu AÇIQLANDI

Oktyabrın 21-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Gün ərzində şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 15-17° isti, gündüz 19°-dək isti, Bakıda gecə 15-17° isti, gündüz 19°-dək isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-5° isti, gündüz 6-10° isti olacaq.