Sabirabadda Mərkəzi Bazarın 9 min kv.m sahəsi yanıb
    • 23-10-2022, 10:28
    • 214

Sabirabadda Mərkəzi Bazarın 9 min kv.m sahəsi yanıb

Sabirabad şəhərində yerləşən Mərkəzi Bazarda baş vermiş yanğın nəticəsində ümumi sahəsi 5 hektar olan bazar ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı ticarət obyektlərinin (meyvə-tərəvəz, geyim, təsərrüfat malları və s.) yanar konstruksiyaları 9000kv.m sahədə yanıb.

Bu barədə News24.az-a FHN-dən bildirilib.

Bazarın böyük hissəsi və digər ticarət obyektləri, bitişik evlər yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğın gecə saatlarında Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.