Bakıda səhm almağa gedən biznesmenə ŞOK HÜCUM – Külli miqdarda pulunu aldılar
    • 24-11-2022, 10:48
    • 157

Bakıda səhm almağa gedən biznesmenə ŞOK HÜCUM – Külli miqdarda pulunu aldılar

Bu ilin iyul 25-də Bakı şəhər Nəsimi rayonu ərazisində - Metronun “28 May” stansiyasının qarşısında biznesmenə hücum edərək 5500 manat, 10200 dollar və 265 dirhəm pulunu ələ keçirmiş Neftçala rayon sakini, 1985-ci il təvəllüdlü A.Əkbərova hökm oxunub.

News24.az-ın əldə etdiyi məlumata görə, məhkəmə prosesi Nəsimi rayon Məhkəməsində baş tutub.

Məlum olub ki, hadisəni törədən şəxs həm də narkotik vasitə aludəçisidir. O, hadisənin baş verdiyi gün metronun qarşısında narkotik qəbul edib və pul ələ keçirmək niyyətini həyata keçirməyə çalışıb. Bu zaman o, Bakı Dəmir yolu vağzalının yaxınlığında “LC Vaikiki” mağazasının önündə paytaxt sakini E.Umudovun hərəkət etdiyini görüb. Həmin şəxsin əl çantasını bərk-bərk tutmasından şüvhələnən A.ƏKbərova çantada külli miqdarda pul olduğunu güman edib. O, E.Umudov avtobus dayanacağına yaxınlaşanda qəfil hücum edərək əl çantasını ondan alaraq qaçmağa başlayıb. E.Umudov qışqıraraq kömək çağırsa da, soyğunçu qaçaraq uzaqlaşıb. Lakin qısa vaxt sonr apolis əməkdaşları onu saxlayaraq istintaqa təhvil verib.
Araşdırma zamanı ifadə verən E.Umudov bank vasitəsilə şirkətlərə məxsus səhmlərin alqı-satqısı fəaliyyəti ilə məşğul olur. O, hadisə baş verən gün banka səhm almağa gedirmiş.

Məhkəmənin hökmü ilə A.Əkbərova 3 il 6a ay həbs cəzası verilib.