İşləri sonraya saxlamaq sağlamlığa ziyandır
    • 18-01-2023, 09:30
    • 207

İşləri sonraya saxlamaq sağlamlığa ziyandır

Görüləcək işləri sonraya saxlamaq təkcə işlərin vəziyyəti üçün pis deyil, həm də buna meylli olan insanlarda fiziki və əqli pozğunluqları inkişaf etdirə bilərlər.

News24.az xəbər verir ki, bu, İsveç alimlərin minlərlə kollec tələbəsi arasında apardığı sorğu əsasında bəlli olub. 

Bir müddət əvvəl elm adamları həddindən artıq süründürməçiliyin daha ağır sağlamlıq göstəriciləri və yuxu keyfiyyəti ilə əlaqəli olduğunu açıqlayıblar.

Alimlər tələbələrin vəziyyətini və davranışlarını uzun müddət izləyərək araşdırma aparıblar. Bunun üçün İsveçin səkkiz universitetindən 3525 könüllü fiziki və psixi sağlamlıqla bağlı anketləri doldurmaq üçün cəlb edilib. Onlardan 2587-si doqquz ay sonra keçirilən təkrar sorğuda iştirak edib.

Müəlliflər iştirakçıları sorğunun birinci mərhələsində yüksək və ya aşağı süründürməçilik istəkləri olan iki qrupa ayırıblar.

İkinci mərhələdə birinci qrup depressiya, stress və narahatlıq əlamətlərini daha qabarıq göstərib, yuxu keyfiyyətinin pisləşdiyini, əllərin oynaqlarında ağrıların yarandığını və hətta maddi çətinliklərinin olduğunu bildirib.

Aşağı süründürməçilik qrupunda bu əlamətlərə daha az rast gəlinib. //JAMA Network Open

Teymur MƏMMƏDOV