Nazirin sürdüyü avtomobil heyvanla TOQQUŞDU
    • 27-01-2023, 10:24
    • 143

Nazirin sürdüyü avtomobil heyvanla TOQQUŞDU

Estoniyanın müdafiə naziri Hanno Pevkurun avtomobili qəzaya uğrayıb. 

News24.az xəbər verir ki, bu barədə nazir sosial şəbəkədə yazıb.

O, "Kaitseliit" hərbiləşdirilmiş milis qrupunun təlimlərindən qayıdarkən sığın vurduğunu etiraf edib. 

Qəza zamanı nazir xəsarət almayıb. Lakin heyvan ölüb. // 32gun.az