"Öz işçisinə 500 manat verməyən media orqanından pul istəmək ədalətli deyil" - Qulu Məhərrəmli
    • 27-01-2023, 17:34
    • 301

"Öz işçisinə 500 manat verməyən media orqanından pul istəmək ədalətli deyil" - Qulu Məhərrəmli

Ölkədə böyük marağa səbəb olan "Əqrəb mövsümü" serialı bir daha gündəmə gəlib. Belə ki, serialın rejissoru Emil Quliyevin bir saatlıq müsahibə üçün 500 manat qonorar tələb etdiyi iddia edilib. Rejissorun bu istəyinə verilən reaksiyalar isə birmənalı olmayıb.

Professor Qulu Məhərrəmli hadisə ilə bağlı fikirləririni News24.az-a bölüşüb. 

Professorun fikrincə, rejissorun bu istəyində qeyri-adi heç nə yoxdur: "İstənilən informasiya daşıyıcısı, o cümlədən müsahibə verən şəxs media orqanından qonorar tələb edə bilər. Xarici təcrübədə bu kimi hallar mövcuddur. Mən düşünürəm ki, rejissorun qonorar istəməsində qeyri-adi heç nə yoxdur. Həm də bu taktiki atılan addım ola bilər. Çünki serialla bağlı çoxlu suallar, müraciətlər olur. Suallardan imtina etməyin bir yolu da budur. Amma istənilən ictimai fiqur media ilə sıx çalışmalıdır. Rejissorun tələb etdiyi məbləğdə öz işçisinə maaş verməyən media orqanından o qədər pul istəmək düşünürəm ki, ədalətli deyil".  

Qumral Əliyeva