Putin, Bayden və Zelenskinin klipi yayımlandı - VİDEO
    • 10-02-2023, 01:58
    • 198

Putin, Bayden və Zelenskinin klipi yayımlandı - VİDEO

Amerikanın “Limp Bizkit” qrupu “Out Of Style” adlı yeni musiqi kompozisiyası üçün təxribat xarakterli videoçarx təqdim edib. 

Vİdeo “YouTube”da yerləşdirilib.

Video deepfake texnologiyası ilə hazırlanıb. Onun qəhrəmanları Rusiya və Şimali Koreya başçıları Vladimir Putin və Kim Çen In, Çin lideri Si Dzinpin, Ukrayna prezidenti Vladimir Zelenski, ABŞ prezidenti Co Bayden və Hollivud aktyoru Tom Kruzdur.

"Keçmişi dəyişdirə bilmərik, amma bu gündən başlaya və sabah yaxşılaşa bilərik. Biz eyni komandada, eyni lənətə gəlmiş komandada olmalıyıq. Əgər belə deyilsə, deməli biz heç nəyik, heç nəyik", - deyə Putin oxuyur.
Qeyd edək ki, 2015-ci ildə Rusiyanın Voronej şəhərində verdiyi konsertdə qrupun solisti Fred Derst üzərində Rusiya yazılmış köynək geyinmiş, həmçinin səhnədə Krım = Rusiya plakatını açmışdı. Bundan sonra Ukraynanın Təhlükəsizlik Xidməti onun ölkəyə girişinə 5 il qadağa qoyub. /Lent.az/