Zəlzələdən zərər çəkənlərə yardım apardı, geri dönərkən qəzada öldü - FOTO
    • 15-02-2023, 10:14
    • 117

Zəlzələdən zərər çəkənlərə yardım apardı, geri dönərkən qəzada öldü - FOTO

Episentri Kahramanmaraş olan və 10 vilayətdə minlərlə insanın ölümü ilə nəticələnən zəlzələlərdən sonra fəlakət bölgələrinə humanitar yardımlar aramsız olaraq davam edir.

News24.az
xəbər verir ki, 33 yaşlı Dilay Ceviz adlı qadın üzvü olduğu xeyriyyə dərnəyi ilə birgə İzmirdən Kahramanmaraşa yardım aparıb. 

Topladıqları yardımları ehtiyac sahiblərinə çatdıran D.Ceviz və dostları İzmirdə toplanan digər yardımlar üçün geri dönmək qərarı alıblar. 

Onlar geri qayıdarkən içərisində olduqları yük maşını Uşak bölgəsində tarlaya yuvarlanıb.

Qəza zamanı Dilay Ceviz həyatını itirib. Avtomobildə olan iki dostu isə yaralanıb. /Haber Global/

Teymur MƏMMƏDOV