“Azərbaycanın səbrini sınayırlar, antiterror əməliyyatımız YAXINLAŞIR” - Politoloq
    • 23-02-2023, 11:38
    • 260

“Azərbaycanın səbrini sınayırlar, antiterror əməliyyatımız YAXINLAŞIR” - Politoloq

“Vardanyanla bağlı Azərbaycanın konkret mövqeyi ortadadır. Biz separatçı ünsürlərin ərazilərimizdə təxribatçı fəaliyyətlərinə göz yuma bilmərik. Azərbaycan öz suveren ərazilərindəki geopolitik oyunlara və bundan doğan terrorçu fəaliyyətlərə haqlı olaraq etiraz edir”. 

Bu fikirləri News24.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov deyib.

O bildirib ki, Ruben Vardanyanın Qarabağ ermənilərinə heç bir aidiyyəti yoxdur: “Hər kəsə bəllidir ki, Vardanyan oraya bir layihənin davamı kimi göndərilib. Belə olan təqdirdə ölkəmizin səbrini sınamaq istəyirlər. Qəsdən ortaya Vardanyan kartını ataraq Qarabağ ermənilərinin taleyi ilə oynayır, onların Azərbaycana inteqrasiyasına süni əngəllər yaratmağa çalışırlar. 

Sıxılmış və çarəsiz durumda qalan Vardanyanın qaçışı da yaxındır. Onun “istefası”ndan sonra separatçıların içərisindən kimsə orada yeni “dost” tuta bilər. Ya da ola bilsin ki, ümumiyyətlə qondarma “dövlət naziri vəzifəsi” tam ləğv edilsin. Hər halda halqa daralır və antiterror əməliyyatlarımız yaxınlaşır”.