İstanbuldakı təyyarə qəzasında 3 NƏFƏR ÖLDÜ
    • 6-02-2020, 10:51
    • 618

İstanbuldakı təyyarə qəzasında 3 NƏFƏR ÖLDÜ

İstanbulun Sabiha Gökçən hava limanında baş verən qəza zamanı 3 nəfər ölüb. 

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında deyib:"Təəssüf ki, həyatını itirən 3 vətəndaşımız oldu. Reanimasiya şöbələrində də xəstələrin sayı 3 nəfərdir. Xəstəxanada olan 179 sərnişinin ümumi vəziyyəti yaxşıdır. Ağır yaralananlar yoxdur".