Yaşayış binasında yanğın - SAKİNLƏR TƏXLİYƏ OLUNDU
    • 28-08-2019, 09:14
    • 938

Yaşayış binasında yanğın - SAKİNLƏR TƏXLİYƏ OLUNDU

Mingəçevir şəhərində yanğın hadisəsi olub. 

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.