İki evdən 22320 manat pul oğurlayan şəxs TUTULDU
    • 8-01-2020, 13:59
    • 1 401

İki evdən 22320 manat pul oğurlayan şəxs TUTULDU

Oğurluq üstündə tutulan şəxsin daha bir əməlinin üstü açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai Rayon Polis İdarəsinin 36-cı Polis  Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 25-də rayon ərazisindəki evlərin birindən 2320 manat oğurlamaqda şübhəli bilinən Z.Süleymanov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha bir evdən 20000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.