USD 1.7
EUR 1.8842
TRY 0.2624
RUB 0.0214
  • Bakı 14°C
  • ŞUŞA 3°C
  • GƏNCƏ 10°C
  • LƏNKƏRAN 13°C
  • ŞƏKİ 10°C
  • QUBA 8°C
  • NAXÇIVAN 7°C

“Qırılan xəyallarımı, arzularımı, ürəyimi üç övladımla ovuduram” - Afaq İsmayılzadədən İLK DƏFƏ - FOTOLAR - VİDEOMÜSAHİBƏ

MÜSAHİBƏ / MƏDƏNİYYƏT / Video / Foto

Mətn ölçüsü

Ona hər kəs  “xanım-qlamur” deyir.  Bu ölkədə dəbli geyinmək istəyənlərin əksəriyyəti ona üz tutur. Onun zövqünə, seçiminə güvənir.   Çünki əlini hara uzadırsa, orda bir gözəllik yaradır. Necə deyərlər, “beş barmağında beş məharət”...
Onunla hər şeydən danışdıq, dəbdən, zövdən, sevgidən, ayrılıqdan... Bir sözlə, həyatının heç yerdə demədiyi, kimsəyə danışmadığı bir çox mətləblərindən.

Həmsöhbətimiz “A Glamour” Moda Evinin rəhbəri Afaq İsmayılzadədir:
 
XANIM
 
- Həm mükəmməl iş xanımı, həm də üç övlad böyütmək çətin deyil ki?  

- Əslində ikisi bir arada çox çətindir. Peşəni o qədər sevməlisən ki, həm ailədəki görəvini, həm də işini mükəmməl şəkildə görə biləsən. Övladlarımı çox sevirəm, onlar məni yaşadan gücdürlər. Əlbəttə, hər bir valideyn övladlarını çox istəyir, amma mənim övladlarıma olan hisslərim bir ayrıdır. Bu, izah etməyə çətinlik çəkdiyim çöx böyük və fərqli hisslərdir. Balalarım həmişə mənə hərtərəfli dəstək olublar, bu dəstək olmasaydı, yəqin ki çox çətin olardı. Çünki mənim işim çox incə, həssaslıq tələb edən bir işdir. Həqiqətən də, işə sevgi insanı dayanmağa, ruhdan düşməyə qoymur.  

MODELYER
 
- Neçə yaşında bu sənətə yiyələnmək qərarını verdiniz?  

- Əslində gənc yaşlarımdan modelyer olmaq istəyirdim, amma alınmadı. Tamam başqa bir yöndə ali təhsil aldım. Ailə qurduqdan sonra  - 35 yaşında bu peşəyə gəldim.  

SƏNƏT
 
- Peşəyə gələndə ölkədə tanınan modelyerlərdən biri olacağınıza inanırdınız?  

-  Hər zaman buna inanmışam. Çünki həmişə düşünürdüm ki, hansı peşəni seçirsənsə seç, ona mükəmməl yiyələnməlisən. Bilirdim ki, mən bu peşədə sevilib tanınacağam. Buna hər zaman inanmışam.  

TƏHSİL
 
- Ali təhsilinizi harada almısınız?  

- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin modelyer-dizayner fakültəsində ikinci təhsilimi almışam. Amma ilk təhsilimə görə, kimyaçıyam. Daha dəqiq desəm, kimya üzrə elmlər namizədiyəm. Hətta bir müddət universitetdə dərs də demişəm. Amma sonra anladım ki, kimyaçı olmaq mənə görə deyil.  Gec də olsa, sevdiyim sənətə gəldim. UĞUR
 
- İnsanın hansısa sahədə uğur qazanmasında ilk şərt peşəsinə sevgidir... 

- Əminliklə deyə bilərəm ki, elədir.  
 
- Bəs, ailənin dəstəyi? Bunun da önəmi şərtdirmi, sizcə?  

- Əslində ailənin dəstəyi hər bir işdə önəmlidir. İnsan özünü güvənli hiss edir. Ümumən hansısa bir işə başlayanda çox çətinliklər olur. Ailə dəstəyi hər zaman insana güvən verir. 

AİLƏ
 
- Ailə bu gün Sizin üçün nə deməkdir?  

- Ailə bu gün mənim üçün hər şey deməkdir. Qarşımda işin, yoxsa, ailən seçimi qoyulanda hər zaman ailəmi seçmişəm.. Amma... Bu elə bir mövzudur ki...  

ZƏRBƏ

- Bu mövzu gözlərinizi yaşartdı. Elə bil, yaranızı təzələdik...

- Elədir... Gözləmədiyim, ağlıma belə gəlməyən bir zərbə almışam. Bilirsiniz, mənim üç övladım var. Bayaq da dedim, övladlarımı çox istəyirəm və onlar mənim hər şeyimdir. Həyatımda müəyyən dəyişiliklər olsa da,  yenə öz işimdəyəm. Yəni işimi çox sevirəm. Hər şeyə rəğmən bu peşədə irəliləyəcəyəm. Ailəmə gəlincə, o, yalnız uşaqlarımdan ibarətdir. Övladlarım yanımdadır və onların dəstəyi ilə hər kəs yeni bir Afaq İsmayılzadə görəcək.  

YASAQ
 
- Deyəsən, keçmiş həyat yoldaşınızın həyatınızda qoyduğu izlər, yasaqlar bu gün də Sizi izləyir... 

- Bəzi şeyləri dəqiqliklə dediniz. Həyatımda həmişə yasaqlar, qadağalar olub. Mən də həmişə bunları nəzərə almışam.  Amma son vaxtlar yoldaşımla anlaşa bilmədik. Ayrılmağa qərar verdik.  

AYRILIQ
 
- Adətən, belə ayrılıqlar yeni qurulan ailələrdə baş verir...  

- Çox çətin sualdır. O doğrudur ki, belə ayrılıqlar daha çox yeni qurulan ailələrdə olur. Biz isə 23 illik birgəliyimizə son verdik. İnanın ki, niyə belə oldu, heç özüm də bilmirəm. Hər mübahisədən, hər dartışmadan ylğılan qırğınlıqlar, umu-küsülər yığıldı-yığıldı, axırı da belə oldu. Səbəbsiz, əlbəttə ki, heç nə olmur. Bir insanın qəlbini dəfələrlə sındırmaq olmaz. Qadını dözür, səbr edir deyə onu bu qədər üzməzlər. İnanmııram ki, hansısa qadın mənim yaşadıqlarıma illərlə dözərdi.  Hər zaman bağışlayıb ömrünün sonuna qədər belə yaşayardı. Özümü çox güclü qadın hesab edirdim və bu gün də elə sayıram. Amma görürsünüz ki, yaşantıların ağırlığı sona qədər dözüm göstərməyimə imkan vermədi.  

PEŞMANLIQ
 
- Bu gün 23 il dözüb səbr elədiyiniz üçün peşimansınızmı?  

- Bilmirəm... Bəlkə də... İnsanın zaman-zaman düşüncələri dəyişir.  Mənim başıma gələnlər istənilən gənc ailədə ola bilər, iki qız övladım var, hətta onlar da oxşar problemi yaşaya bilər. Mən qabaq hər zaman düşünürdüm və qızlarıma da deyirdim ki, sevdiyiniz-seçdiyiniz insanla bir-birinizə zaman tanıyın, şans verin. Hər kəsin bu həyatda ikinci bir şansa haqqı çatır. Amma inanın ki, bu gün onu demərəm. Çünki verdiyim şansların sayını unutmuşam. 23 il ərzində o qədər belə  şanslar vermişəm ki... Düzdür, ötən illərimə, səbr elədiyimə peşiman deyiləm.  Bu illərin bəhrəsi olan  gözəl övladlarım var. Həm də nə qədər belə desəm də, bu, çox çətin addımdır. Ayrılıq qərarı vermək, onun sakitcə atlatmaq çox çətindir. Məni sevən insanların dəstəyi olmasaydı, yəqin evə qapanardım. Müştərilərim, yaxınlarım, dostlarımın sevgisi və inamı, ən əsası, balalarımın mənə verdiyi güc özümə qapanmağıma imkan vermədi... 

- Ömrünüzü paylaşdığınız adamın Sizi yarı yolda buraxacağını təsəvvür edirdiniz?  

- Heç bir zaman buna inanmazdım. Belə olacağını nə o, nə mən  gözləmirdik. Çünki bizim birgə başqa planlarımız var idi. Amma oldu... Həyat... ... Elə bil illərlə zərrə-zərrə qurduqlarım bir məqamda heç olub getdi. Daşını, kərpicini üst-üstə qoyub qurduğun evin başına yıxılır. O qədər güclü olmalı və özünə inanmalısan ki,  bunu dəf edə biləsən. Mən heç bir zaman özümə inamı itirmədim. Sadəcə, düşünürəm ki, bu belə olmamalı idi, oldusa, deməli, Allah belə istəyib. Bir şeyi dəqiq bilirəm ki, mən yoluma davam etməliyəm. Övladlarım var və dayanmağa, həvəsdən düşməyə, yorulmağa ixtiyarım yoxdur. Rəhbərlik elədiyim bu məkanda 40-a yaxın qadın çalışır. Onların sırasında ailəni dolandıran xanımlar var. Mən həmin insanların gözlərində bir çağırış, bir yardım, bir köməklik cağırışı gördüm. Ona görə də yoluma davam etməliyəm. Düzdür, həmin qərarı verənə qədər mən çox çətinliklərdən keçdim. İçimdəki Allaha inamıma və övladlarıma bərk-bərk sarıldım. Onlar bu hadisələr müddətində bir an olsa belə, əlimi buraxmadılar. Atam dünyasını dəyişib, amma digər ailə üzvlərim, dostlarım mənə dəstək oldular. 
 
- Az qala hər kəlmənizin başı-ayağı işinizlə bağlıdır. Bəlkə ailənizin dağılmasına elə işinizə aşırı aludəliyinizlə bağlıdır? 
 
-   Yox. Qətiyyən. Moda evini həyat yoldaşım öz istəyi ilə mənim üçün açıb. Arzumu həyata keçirməyim üçün dəstək olub.
 
XƏYANƏT
 
- Bəs o zaman Sizi bu qədər ağrıdan, incidən nə idi, xəyanət? 

- Xəyanətlərin sayı çox olub. Birinci dəfə bunu çox çətin keçdim. Amma sonralar özümü toplayacağıma söz verdim və özlüyümdə dedim ki, bununla bağlı qərar verəcəyəm. Bu onun səhvi və ən zəif tərəfidir. Mən o zaman düşündüm ki, çalışıb ona dost, övladlarının atası kimi hörmət edəcəm. İllərlə bu fikirlə ailəmi qorudum, amma daha dözə bilmədiyimi anladım... 

- İlk xəyanətlə evliliyinizdən neçə il sonra üzləşdiniz?  

- Çox gənc yaşlarımda, daha dəqiq evliliyimizin bir ilindən sonra. Bunu bəlkə də heç ən yaxın rəfiqəm belə bilmir. Məncə, insan hər yerdə ailə problemləri haqda danışmamalıdır, çünki bu, həmin insana yüngüllük gətirməyəcək. Mən bunun ən ağır və çətin formasanı yaşadım. Çox insanlar boşanandan sonra dost olmağı bacarırlar, amma bizdə vəziyyət fərqliydi. Həyat yoldaşım xalam oğludur. Qohum olduğumuza görə ayrılmağımız çox çətin oldu. Amma nəticədə qırılan xəyallarımı, arzularımı, ürəyimi üç övladımla ovuduram. Hər zaman xanımlara deyirəm ki, heç bir zaman ümidinizi itirməyin, sevdiyiniz işlə özünüzü inkişaf etdirin. 23 il ərzində 15 ildir çalışıram. Bu illər ərzində ailədəki problemlərimi işimlə unutmağa çalışmışam. 15 il öncə ilk dəfiləmi keçirdim, xeyriyyə aksiyası idi.  

- Xeyriyyəçilik missiyanızı indi də davam etdirirsiniz? 

- Bəli təbii ki... Sadəcə, bütün işlərimizi açıq-aydın şəkildə nümayış etdirmirik, mediada sərgiləmirik. 

- Mediada demişkən, niyə müsahibələrinizə az-az rast gəlinir? 

- Əvvəllər həyat yoldaşım icazə vermirdi, çünki belə şeyləri sevmirdi.  Görünür, içimdə hələ də olmazların təsirindən çıxa bilməmişəm deyə,   köhnə vərdişlərdən uzaqlaşa bilmirəm.  
 
ÖVLAD
 
- Övladlarınız ataları ilə görüşürlər? 

- Bəli, hər zaman. Oğlum atasına çox bağlıdır. Atası ilə babasını çox istəyir. Ürəyi nə qədər istəsə, atasının yanında qalır.  

- Bu cəmiyyətdə qadın olaraq tək yürümək çətin deyil ki?  

- Çox çətindir, amma mənim güclü heyətim var. Onlar arasında elə insanlar var ki, 15 ildir yanımdadırlar. Həyatımda elə anlarım olub ki, hər şeyi bağlayıb evdə oturmaq istəmişəm, amma onlar buna icazə verməyiblər. Qadın bu yolu yürümək üçün özünə güvənməlidir. Həysat yoldaşım da bu xasiyyətimi bilir, həmişə mənə deyirdi ki, “səni pul-parasız Amerikada tək başına qoysalar, yenə bir yolunu tapıb Azərbaycana geri qayıdacaqsan”. Hər zaman bir çıxış yolu olmalıdır. Uşaqlarımı da belə böyüdürəm.  

- Bu gün cəmiyyətimizdə ailəsində problem yaşayıb, çarəsini isə hər şeyə göz yummaqda görən qadınlarımız çoxdur... 
 
- Haqlısınız. Təəssüflər olsun ki, bu cür problemlə üzləşən xanımlarımız çoxdur. Hər kəsin xoşbəxt olmağa haqqı var. Əgər sən xoşbəxt deyilsənsə, şiddətə məruz qalırsansa, buna dözməməlisən, göz yummamalısan. Mən bu gün belə fikirdəyəm və onlara dəstəyəm. Bir çox təşkilatların üzvüyəm və bu kimi problemlərlə üzləşən xanımlarla ünsiyyətdəyəm. Tövsiyəm odur ki, ilk olaraq özlərini düşünsünlər. Övladları var deyə, özlərini istəmədikləri həyatı yaşamağa məhkum etməsinlər. Hər şeyi vaxtında eləməlisən. Gənclərimiz mütləq təhsil alsınlar. Mən onlara daim dəstək olacağam. Hətta bir çox modelyer-dizaynerlərə dəstək əlimi uzatmışam. Paytaxtda bir çox tələbələrim bu sahədə çalışırlar.  

İNTİHAR

- Belə hallara bəzi qadınlar özünü tamamilə aciz sayır. Hətta öz canına belə qıyır... Siz heç intihara əl atmısınız?  

- Olub, illər əvvəl bir dəfə haqlı olduğumu sübut edə bilmədiyimi görüb bunu eləmişəm. O zaman oğlum hələ dünyaya gəlməmişdi, qızlarım da çox balacaydı...  

- Bu addımınızla nəyisə həll edə bildiniz?  

- Yox, bu yalnış addım idi. O zamanlar vəziyyətim çox ağır idi. İnanın ki, mən nəinki Azərbaycanın, hətta dünyanın ən tanınmış psixoloqlarına müraciət etmişdim. Ondan sonra başladım öz üzərimdə çalışmağa. Daha çox bu mövzuda mütaliə elədim. Hər şey insanın öz əlindədir. Təsadüfə bax ki, qızımın biri xaricdə təhsil alır və gələcəkdə psixoloq olmaq istəyir. Yox, elə bilməyin, onu mən istiqamətləndirmişəm, tamamilə öz seçimidir. Çox istərdim ki, qızlarımdan biri dizayner olsun, amma istəmədilər.  

- Sizcə, qadının ailədə xəyanətlə üzləşməyinin əsas səbəbi nədir? 

- Bu çox çətin məsələdir, bəzi vaxtlarda hər iki tərəf günahkar olur. Bu gün mən tam dəqiqliklə deyə bilmərəm ki, hər şeyin günahkarı həyat yoldaşım olduğundan biz ayrıldıq. Yəqin ki, məndə də səhvlər olub. Nələrsə onun ürəyincə olmayıb. Bəlkə də bilmədən onun qəlbinə dəymişəm, istəyimi düzgün ifadə eləməmişəm, ona ürəyimdəkiləri göstərə bilməmişəm. 

YALNIZLIQ
 
- Bundan sonra həyatınıza yalnız davam edəcəksiz, yoxsa.... 
 
- O barədə heç düşünmürəm. Mənim üçün həyatda vacib olan övladlarımdır, onların gələcəyi və işimdir. Məni həyatda bu iki məqam xoşbəxt edir. Üçüncünün axtarışında deyiləm.  

- Cəmiyyətimizdə sanki qadının ikinci dəfə ailə həyatı qurması birmənalı qarşılanmır... Qadın xoşbəxt olmamalıdır?  

- Deyirlər, dinimizdə yazılıb ki, insan subay qalmamalıdır, bu, günah sayılır. Mənə görə isə hər kəs xoşbəxt olacağı insanı tapmalıdır, onu tapanadək gözləməlidir. Amma qadınların ikinci ailə qurmasına heç vaxt pis baxmamışam. Bəlkə də qadın ikinci dəfə ailə həyatı qurduqdan sonra daha da xoşbəxt ola bilər. Mənim üçünsə, bu mövzu bağlıdır. 

- Aliment problemi yaşayırsınız?

- Yox. Övladlarımın atası onlara dəstəkdir. 

ŞİDDƏT
 
- Şiddət görmüsünüz? 

- Bir dəfə... Ondan sonra da ayrıldım.  

- Nə zamansa bağışlanma ola bilərmi? 

- Yox. Aramızda olan sonuncu söhbət zamanı ürəyim çox sındı.  Onun dilindən çıxan o bir kəlmə məni incidən sözü   bağışlamayacağam. O söz xəyanətdən belə ağırdır.  
 
QLAMUR

- Markanızın adı “A-Glamour”dur. “Glamour” sözünü daşımaq çox çətindir... 

- Elədir. Hətta deyərdim ki, övladlarımla harasa çıxanda kimsə mənə tanıyıb yaxınlaşanda qızlarım narahat olur. Məni görəndə düşünürlər ki, bəs, görəsən, bu xanım həyatda da “glamour” görünürmü? Bir az yorucu olsa da, gəncliyimdən çalışmışam daim buna diqqət yetirim. Bacardığım qədər hər şeyi bir-birinə uzlaşdırmışam. Hər şeyin ən gözəlini sevirəm. Bu artıq həyat tərzimə çevrilib. Sadəcə, bəzi məqamlarda bu, məni yorur.  

- Müştərilərlə işbirliyində hansısa şərt qoyursunuz? 

- 15 il ərzində iki-üç xanıma şərt qoymuşam. Onlar da məmurların həyat yoldaşları olub. İşimdə daim bir devizim var: “Müştəri hər zaman haqlıdır”. Amma onlar bizim əməkdaşlara qarşı pis rəftar ediblər. Əgər insanlar sənə qulluq göstərirsə, qayğını çəkirsə, istədiklərinizi edirsə, o demək deyil ki, sən, insana yuxarıdan aşağıya baxa bilərsən. Xətrimə çox dəydiklərinə görə, onları siyahımdan çıxarmışam.  

MƏŞHUR
 
- Azərbaycan səhnəsindəki məşhurlardan kimin geyimini çox bəyənirsiniz? 

- Azərbaycan estradasının 95 faizi ilə çalışmışam. Bu sualdan hər zaman qaçmışam. Zövqsüz müğənnilər çoxdur. Onlar da günah yoxdur, sadəcə olaraq düzgün insanlarla işləmirlər. Peşəkar insanla çalışsalar, onları düzgün geyindirib, yaxşı obraz yaradacaq.  

- Əl işlərinizdə parçaları özünüz seçirsiniz? 

- Bəli. Heç vaxt parçaları sifariş eləməmişəm. Hətta bununla bağlı həyat yoldaşımla mübahisələrimiz də olub. Hər zaman mənə deyərdi ki, sən niyə hər şeyin ardınca özün gedirsən? Ümumiyyətlə, parçalardan da əlavə evimdə olan bütün mebel əşyalarını özüm seçmişəm. Mən onlara toxunub, hiss eləməsəm, çalışa bilmərəm.  

- Bəs, qiymətləriniz necədir? 

- Bu işə mühasibat baxır, amma hər şeyin öz qiyməti var. İnanın ki, dəfələrlə mənə imkansız xanımlar müraciət ediblər və onların arzularını reallaşdırmışam. Amma ümumilikdə “A-Glamour”da qiymətlər ucuz deyil. 

- Qazancınız ancaq moda evindən gəlir? 

- Yox, başqa işlərim də var.  

- Yeniliklər eləmək istəyirsiniz? 

- Bəli. İstehsalımı daha da genişləndirmək istəyirəm. Bunu müştərilərim də tələb edir. Çox istərdim ki, adım “Made in Azerbaijan” kimi istehsal olunub dünya bazarına çıxsın.  

- Sizcə, hər kəs özünə modelyer deyə bilərmi? 

- Bu barədə biz Fəxriyyə xanım, Gülnarə xanımla mütəmadi olaraq danışırıq. Bu gün gənclərimiz o adı çox asanlıqla əldə etmək istəyirlər. 15 il öncə modelyer deyildim, amma maddi imkanım olduğundan moda evi açdım. İllərlə çalışdıqça peşəkarlaşdım. Amma heç bir müsahibəmdə “modelyer” sözünü demirdim. Çünki bu sahənin incəliklərini dərindən bilmirdim.  
 
Ülkər Qasımova 
Foto/Video Fərid Şabanov 

 
 

Video

Xəbəri paylaş: