Murad Arif və Ziynet Salinin yeni işbirliyi – FOTO  - VİDEO
    • 23-07-2018, 12:01
    • 2 243

Murad Arif və Ziynet Salinin yeni işbirliyi – FOTO - VİDEO

Bəstəkar-müğənni Murad Arifin “Oppalara” mahnısını bu dəfə türkiyəli ifaçı Ziynet Sali səsləndirəcək.

Bu barədə M.Arifin özü məlumat verib:

“Ziynet Sali paylaşdı deyə, özüm də açıqlama verməliyəm artıq. Bəli! Türkiyə ulduzlarından sevgili Ziynet Sali ilə ikinci çalışmamız!

Xatırlayırsınızsa, öncəki albomdə Ziynet Sali mənim “İstanbul” mahnımı ifa etmişdi. İndi isə “Oppalara” vaxtıdır. 

Mahnının nəqarəti bir ərəb cinqlı, kuplet və keçidlərdə musiqini mən yazdım. Sözlərini isə mən və sevgili Sinan Akçıl yazdı.

Azerbaycandan sonra, Türkiyə titrəyəcək! Sevgili Ziynet, en az Azerbaycandakı kadar partlatsın İnşallah! Gözəl qəlbli, gözəl qadın!”

Teymur Məmmədov