USD 1.7
EUR 1.8873
TRY 0.2491
RUB 0.0242
  • Bakı 22°C
  • ŞUŞA 18°C
  • GƏNCƏ 20°C
  • LƏNKƏRAN 23°C
  • ŞƏKİ 21°C
  • QUBA 21°C
  • NAXÇIVAN 21°C

2019-cu ilin yanvar-mart aylarında ÜDM istehsalı 3,0 faiz artlb

SOSİAL

Mətn ölçüsü

2019-cu ilin yanvar-mart aylarında ölkədə 18111,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz çox ümumi daxili məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən News24.az-a verilən məlumata görə, ÜDM istehsalının 46,0 faizi sənayenin, 10,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,5 faizi tikintinin, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 16,4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,2 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 1835,1 manata bərabər olub. 

Xəbəri paylaş: