Sumqayıtda  beşmərtəbəli binada yanğın- 10 nəfər TƏXLİYƏ OLUNDU
    • 31-08-2019, 09:59
    • 1 293

Sumqayıtda beşmərtəbəli binada yanğın- 10 nəfər TƏXLİYƏ OLUNDU

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Fövqəlada Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.