-
- 27-02-2023, 13:23
- 829
Azərbaycanda uşaqların ağır keçirdiyi xəstəliyin adı nədir, onları necə qoruyaq? – Vaqif Qarayev AÇIQLADI
Son günlər Azərbaycanda əhali arasında xəstəlik yayılıb. Həm böyüklər, həm də uşaqlarda təsadüf olunan virus sürətlə yayılır və həftələrlə davam edir.
Xəstələr əsasən, hərarət, burun axması, boğaz, baş, əzələ-sümük ağrıları və şiddətli öskürəkdən şikayətlənirlər. Xüsusilə, azyaşlı uşaqlar bu xəstəliyi daha ağır keçirirlər.
Bəs bu virusun adı nədir və necə qorunmalıyıq?
News24.az-ın əməkdaşı məsələ ilə bağlı pediatr Vaqif Qarayevlə həmsöhbət olub.
O bildirib ki, yayılan xəstəlik “influenza” qripidir: “Hava-damcı yolu ilə keçən infeksion xəstəliklərlə mübarizənin standart üsulu özünütəcriddir. Xəstə uşaq mütləq şəkildə təcrid olunmalıdır. Xəstə uşaqların müalicəsi bitməmiş məktəbə və ya “bağça”ya göndərmək doğru deyil.
Həmçinin sağlam uşaqları da ictimai, sıx yerlərdən, kütləvi məkanlardan uzaq tutmaq lazımdır. Çünki sıxlıq olan yerlərdə infeksiyanın keçmə ehtimalı yüksəkdir.
Hava-damcı yolu ilə keçən infeksion xəstəliklərdən qorunmağın yeni üsulu kəşf edilməyib. Yüzilllərdir eyni üsuldan istifadə edirik – özünütəcrid. Bundan əlavə, normal yuxu və düzgün qidalanma da xəstəliklərdən qorunmaqda çox vacib amillərdir”.