Pirotexniki vasitə partladı: azyaşlının gözü…
    • 15-03-2023, 11:29
    • 167

Pirotexniki vasitə partladı: azyaşlının gözü…

Biləsuvar rayonunda İlaxır çərşənbə günü azyaşlının əlində pirotexniki vasitə partlayıb və o xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Y.Haqverdiyevin əlində pirotexniki vasitə partlayıb.

O, gözündən və göz ətrafı nahiyədən ağır xəsarətlər alaraq xəstəxanaya aparılıb.