Ayna Sultanovada dəhşətli qəza – ÖLƏN VAR
    • 5-04-2023, 11:09
    • 416

Ayna Sultanovada dəhşətli qəza – ÖLƏN VAR

Bakıda Ayna Sultanova heykəlinin yaxınlığında ağır yol qəzası qeydə alınıb. 

News24.az xəbər verir ki, Əsgərov Cavid İsa oğlu idarə etdiyi «Mercedes Benz C250 minik» markalı, 99-GC-949 dövlət qeydiyyat nişanlı avtomobillə Atatürk prospekti ilə üzü “Gənclik” istiqamətində hərəkətdə olduğu zaman piyadanı vurub.

Ağır xəsarət alan piyada Babaşov Məhəmməd İmaməli oğlu Kliniki Tibbi Mərkəzə çatıdırılıb.

Lakin piyada orada vəfat edib.

Fakt üzrə Binəqədi RPİ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Taleh BAĞIROV