"Intel" 20 mindən çox insanı işdən çıxardacaq
    • Bu gün, 13:46
    • 53

"Intel" 20 mindən çox insanı işdən çıxardacaq

Texnologiya dünyasının ən böyük şirkətlərindən biri olan Intel Korporasiyası strateji yeni strukturlaşmadan keçdiyini açıqlayıb. Bu çərçivədə şirkət qlobal işçi qüvvəsini 15%-dən çox azaltmağı planlaşdırdığını bildirib. Bu, 20 mindən çox işçinin çıxardılması deməkdir.

News24.az xəbər verir ki, Intel CEO-su Pat Gelsinger tərəfindən işçilərə göndərilən açıqlamada, hardware nəhənginin 2025-ci ilə qədər 10 milyard dollarlıq xərclərə qənaət etməyə çalışdığı ifadə edilib.

Baş direktor Gelsinger bu qərarın şirkət üçün “lazımlı, lakin ağrılı” olduğunu etiraf edərək, "Onlar Intel-in maliyyə problemlərini həll etmək və mənfəət marjalarını yaxşılaşdırmaq üçün daha cəsarətli hərəkətlərə ehtiyac duyacaqlar", deyib. 

Qeyd edək ki, işdən çıxarılmaların əslində texnologiya sənayesinə böyük təsiri olacaq. İlin əvvəlində 100 mindən çox işçisi olduğu bilinən şirkətin 15 faiz ixtisar edəcəyi bildirilib. Bu, oktyabr ayında 5 faiz azalan Intel üçün ikinci böyük dəyişiklik qərarıdır.

Günel Məlikzadə