Hərb Tarixi Muzeyində “Aprel döyüşləri - Zəfərə gedən yolun başlanğıcı” adlı musiqili gecə keçirildi
    • 5-04-2023, 15:50
    • 207

Hərb Tarixi Muzeyində “Aprel döyüşləri - Zəfərə gedən yolun başlanğıcı” adlı musiqili gecə keçirildi

2023-cü il aprelin 5-də saat 1100 - da Azərbaycan Hərb Tarixi Muzeyində 2016-cı ilin Aprel zəfərinin 7-ci ildönümünə həsr olunmuş “Aprel döyüşləri - Zəfərə gedən yolun başlanğıcı” adlı musiqili gecə keçirilib.

News24.az xəbər verir ki, tədbirdə muzey rəisi e.o. polkovnik Əzizağa Qəni-zadənin, muzeyin tədqiqatçı-baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılovun məruzələri və iştirak edəcək qonaqların çıxışları dinlənilib, 2016-cı ilin Aprel döyüşlərinə həsr olunmuş sənədli film nümayiş olunub. 

Tədbirdə Aprel döyüşlərinin və Vətən müharibəsi qazısı, Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Mirdamət Bağıyev, Aprel döyüşləri iştirakçıları kapitan Anar Səmədov, mayor Şəhriyar Quliyev, Nərimanov rayon İcra hakimiyyətinin İctimai siyasi və humanitar şöbəsinin müdiri Tahir İbrahimov, müavini Vəfadar Zeynalov iştirak edib.

Tədbirin bədii hissəsində Həzi Aslanov adına Ordu İdeoloji iş və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında hərbi-vətənpərvərlik mahnıları səsləndirilib.