Bakıda yolu keçən gənc qızı avtomobil vurdu
    • 16-04-2023, 11:06
    • 257

Bakıda yolu keçən gənc qızı avtomobil vurdu

Bakının Sabunçu rayonunda 24 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçən İsmayılova Röya Oqtay qızını avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.