Hindistanda 32 nəfər içkidən zəhərlənərək öldü
    • 17-04-2023, 21:30
    • 217

Hindistanda 32 nəfər içkidən zəhərlənərək öldü

Hindistanın şərqində yerləşən Bihar əyalətində 32 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.

News24.az xəbər verir ki, aprelin 15-də xəstəxanaya çatdırılan 14 nəfərin vəziyyətinin isə ağır olduğu, zəhərlənmə qurbanlarının sayının arta biləcəyi qeyd olunub.

Məlumata görə, polis kütləvi zəhərlənməyə səbəb olan saxta içkilərin hazırlanmasında şübhəli bilinən 108 nəfəri saxlayıb və 6000 litr zəhərli spirt müsadirə edilib.