Kral III Çarlza növbəti şok - Tacqoyma günü...
    • 26-04-2023, 10:13
    • 119

Kral III Çarlza növbəti şok - Tacqoyma günü...

Anası Kraliça II Elizabetin ölümündən sonra taxta çıxan İngiltərə kralı III Çarlzın mayın 6-da keçiriləcək tacqoyma mərasimində London küçələrindən “Mənim Kralım Deyil” şüarları səslənəcək.

News24.az xəbər verir ki, antimonarxist “Republic” qrupu öz tarixinin ən böyük aksiyalarından birini həyata keçirməyə hazırlaşır.

Antikral qrupun lideri Qrem Smitin açıqlamalarına görə, bu hərəkətlər onların son 40 ildə həyata keçirdiyi ən böyük etiraz aksiyası olacaq.

Mərasim günü sarı köynək geyinməyə dəvət olunan fəallar parad marşrutu və Trafalgar meydanında “Mənim Kralım Deyil” şüarını səsləndirəcək və bu şüarın yazılmış plakatları daşıyacaqlar. /The Mirror/