Mehdiabadda üç maşın yandı, ölən var
    • 1-05-2023, 12:01
    • 161

Mehdiabadda üç maşın yandı, ölən var

Abşeron rayonunun Mehdiabad qəsəbəsində yol-nəqliyyat hadisəsi nəticəsində üç minik avtomobilinin yanar hissələri yanıb.

FHN-dən News24.az-a verilən məlumata görə, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Yaxınlıqdakı elektrik dirəkləri yanğından mühafizə olunub.

Yanğın yerinin kəşfiyyatı zamanı yanan avtomobillərdən birində aşkarlanan 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.