63 yaşlı qadının meyiti həyətdəki tikilidə tapıldı
    • 6-05-2023, 12:16
    • 241

63 yaşlı qadının meyiti həyətdəki tikilidə tapıldı

Gədəbəy rayonunda 63 yaşlı qadının meyiti tapılıb.

News24.az əldə etdiyi məlumata görə, hadisə rayonun Əmiraslanlı kəndində baş verib. Dünən səhər saatlarında 1960-cı il təvəllüdlü Leyli Əmiraslanova yaşadığı evin həyətindəki yardımçı tikilidə olarkən qəfil vəfat edib. Onun meyitini yaxınları aşkar edib.
Meyit üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib.

Hadisənin səbəbi araşdırılır.