Tanınmış jurnalist: “Sinan Oğan kilid adam deyil”
    • 19-05-2023, 18:10
    • 262

Tanınmış jurnalist: “Sinan Oğan kilid adam deyil”

“Sinan Oğana mənim də simpatiyam var, amma onun, indiki məqamda kilid adam olması yanaşmasını qəbul etmirəm. Hətta, ikinci turda Kılıçdaroğluna belə dəsdək versə, Ərdoğan rahatlıqla qalib olacaq”. 

News24.az xəbər verir ki, bu sözləri tanınmış televiziya aparıcısı, jurnalist Turan İbrahimov “Facebook” hesabında paylaşıb.

T. İbrahimov yazıb ki, S. Oğanı 5 faizlik uğura aparan səbəblərdən ən birincisi Muharrem İncenin geri çəkilməsi və toplayacağı səslərin bir qisminin Oğana yönəlməsidir. Onun fikrincə, seçkinin birinci turunun nəticəsindən sonra “Millət ittifaqı”nın seçicilərində etiraz əhvalı yaranıb.

Aparıcıya görə, seçicilərin müəyyən qismi onsuz da ikinci tur səsverməsində iştirak etməyəcəklər. O, əlavə edib ki, bu halda Oğanın sırf özünün sahib olduğu, təxmini 2-3 faizlik elektorat nəticəyə təsir edə bilməyəcək.

“Sinan Oğanın post-seçki dönəmindəki rolunu da parlaq görmürəm. Ən yaxşı halda AKP hökumətində post tuta bilərdi, amma maksimalist yanaşma ilə bunu da mümkünsüz edir. Yox, Kılıçdaroğluna dəstək verib, uduzanların sırasına keçəcəksə, bu zaman da öz mövcud imicini darmadağın edəcək ki, buna da inanmaq istəmirəm. 

Böyük ehtimalla, bitərəf qalacaq, mövcud ritorikasını davam etdirəcək və növbəti seçkilərə qədər uyğun məqamı gözləyəcək. Ən doğrusu da bu olardı”, - jurnalist fikirlərini bölüşüb.