Sahibsiz itlərin dişlədiyi uşaqların vəziyyəti necədir? - VİDEO
    • 20-05-2023, 11:13
    • 229

Sahibsiz itlərin dişlədiyi uşaqların vəziyyəti necədir? - VİDEO

Masazırda "Məzun evi"nin qarşısında 3 və 5 yaşlı iki uşağa sahibsiz itlər hücum edib.

Xezerxeber.az-ın məlumatına görə, azyaşlılar ağır xəsarət aldıqdan sonra ilk olaraq Abşeron xəstəxanasına aparılıblar.

Ancaq vəziyyətləri ağır olduğundan onların Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanası mərkəzə göndərilməsi qərara alınıb.

5 yaşlı Cəsur Əbilovun anası həkimlərin vaxtında müdaxilə etməməsi nəticəsində övladının hərarətinin üç gündür yüksək olduğunu bildirib.

O, bu barədə xəstəxana rəhbərliyinə məlumat verdiyini söyləyib.
Ətraflı

Uşaqların xəstəxananın həyətində toplaşan yaxınları da bildirir ki, vaxtında tibbi müdaxilə edilmədiyindən  azyaşlıların vəziyyəti ağır olaraq qalır.

3 yaşlı Əkbərin anası Bəsti Hüseynova isə övladının səhhətinin yaxşı olduğunu söyləyib.

Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsinin 4-cü kurs rezidenti Elşən Əhmədli jurnalistlərə açıqlamasında azyaşlılara ilkin müdaxilə kimi quduzluq əleyhinə vaksin vurulduğunu bildirib. Onun sözlərinə görə, uşaqlar bundan sonra əməliyyət ediliblər.

Valideynlərin həkimlərin biganə münasibəti ilə bağlı iddialarına gəldikdə isə, 1 saylı Şəhər Klinik Xəstəxanasından bildirildi ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Milli.Az videomaterialı təqdim edir: