Komitə sədri Əmək Məcəlləsinə dəyişiklik edilməsini təklif etdi
    • 30-05-2023, 11:15
    • 168

Komitə sədri Əmək Məcəlləsinə dəyişiklik edilməsini təklif etdi

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək Məcəlləsinə dəyişiklik edilməsini təklif edib.

News24.az xəbər verir ki, M.Quliyev dövlət büdcəsindən maliyyələşən qurumlarda çalışan şəxslərin yaş məhdudiyyətinin 65 yaşdan 70 yaşa qədər qaldırılmasını istəyib.

O qeyd edib ki, əgər razılıq olsa mövcud qanunvericiliyə dəyişiklik layihəsi hazırlanaraq payız sessiyasında müzakirəyə təqdim edə bilərik.