"Bakıda ağcaqanad əlindən dayanmaq olmur" - Tahir Kərimli
    • 31-05-2023, 13:27
    • 194

"Bakıda ağcaqanad əlindən dayanmaq olmur" - Tahir Kərimli

"Bakıda ağcaqan əlindən dayanmaq olmur. Nə gecəmiz, nə də gündüzümüz var". 

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib. 

Əvvəl gün batandan sonra çıxardılar. İndi o qədər çoxalıblar ki, gündüz vaxtı da camaata zülm edirlər. Bu əhalinin sağlamlığına ciddi ziyandır. Yenidən malyariya yarada bilər. Bunu kökü sovet dövründə kəsilib. Sanitariya-epidemioloji xidmətə diqqət etmək lazımdır".

O qeyd edib ki, hər yer sahibsiz küçə itləri ilə doludur: “İnsanları dişləyib quduzluq xəstəliyi yaradırlar. Bu da sağlamlığa ziyandır. İndi neynəyək itləri yığıb Koreyaya, Çinə sataq?”