Prezident büdcənin icrası haqqında qanunu təsdiqlədi
    • 19-06-2023, 16:49
    • 254

Prezident büdcənin icrası haqqında qanunu təsdiqlədi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" Qanunu təsdiqləyib.

News24.az-ın xəbərinə görə, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası gəlirlər 30 679 646,4 min manat, xərclər 32 064 568,0 min manat məbləğində olmaqla təsdiq edilib.

Sənədə əsasən Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” Qanunun tələbinə uyğun olaraq istifadə edilməlidir.