"Threads" istifadəçilərinin sayını artır
    • Dünən, 22:50
    • 47

"Threads" istifadəçilərinin sayını artır

Threads böyüməyə davam edir və 200 milyon istifadəçiyə çatır.

News24.az xəbər verir ki, Instagram prezidenti Adam Mosseri Threads-in 200 milyon aktiv istifadəçiyə çatdığını təsdiqləyib. 

Threads'ın dünya miqyasında böyüməsi dayanmadan davam edir. Platforma 2024-cü ilin aprelində 150 milyon istifadəçiyə çatıb və iyul ayında ilk ildönümündə 175 milyon istifadəçini keçib. 

Qeyd edək ki, Threads-in əsas rəqibi X (keçmiş Twitter) may ayında aylıq 600 milyondan çox istifadəçiyə sahib idi. Meta öz istifadəçilərinə alternativ onlayn müzakirə məkanı kimi Threads təklif etməyi hədəfləyir.

Günel Məlikzadə