Prezident bu qanunları təsdiqlədi
    • 19-06-2023, 17:22
    • 235

Prezident bu qanunları təsdiqlədi

Prezident İlham Əliyev “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə Qanunu təsdiqləyib.

News24.az xəbər verir ki, İşsizlikdən sığorta fondunun (İSF) gəlir və xərclərin 5 milyon manat artırılaraq 217 668 344,50 manata çatdırılıb.

Qeyd edək ki, bundan əvvəl İSF-nin gəlir və xərcləri 212 668 344,50 manat idi.

xxx

Prezident İlham Əliyev “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə Qanunu təsdiqlənib.

News24.az xəbər verir ki, DSMF-nin gəlirləri və xərcləri 4 milyon manat artırılaraq 6 267 970 000 manata qaldırılıb.