Bakının bu qəsəbəsinə giriş-çıxış MƏHDUDLAŞDIRILDI
    • 27-06-2023, 11:13
    • 235

Bakının bu qəsəbəsinə giriş-çıxış MƏHDUDLAŞDIRILDI

Xocəsən qəsəbəsinin əsas giriş-çıxışı bağlanıb.

Ötən gün saat 23:00-dan etibarən həm Xocəsən dairəsindən, həmdə "Meyvəli" bazarının yanından Xocəsən qəsəbəsinə giriş-çıxış dayandırılıb.

Belə ki, AAYDA-nın əməkdaşları sözügedən yolun nişanlanması işlərini aparır.

AAYDA-dan verilən məlumata görə, səhər saat 06:00 dan etibarən yol sürücülərin ixtiyarına veriləcək.

Qeyd edək ki, alternativ yol olaraq qəsəbə sakinləri Sulutəpə qəsəbəsinin ərazisindən Xocəsənə daxil olur.\\APA