Kəlbəcər sakinləri 35 minlik mal-qaranı oğurladılar
    • 3-07-2023, 12:39
    • 157

Kəlbəcər sakinləri 35 minlik mal-qaranı oğurladılar

Göygöldə mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

News24.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun məlumatına görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində rayon sakininə məxsus ümumi dəyəri 34800 manat olan 109 baş xırda buynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayon sakinləri Nazim Cəfərov, Sabit Cəbrayılov və Goranboy rayon sakini İlqar Həsənov qabaqcadan əlbir olaraq qrup şəklində mal-qaranı oğurlayıblar. Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.