Bu ölkənin prezidenti Saakaşvili üçün təcili hərəkətə keçdi
    • 4-07-2023, 17:53
    • 271

Bu ölkənin prezidenti Saakaşvili üçün təcili hərəkətə keçdi

Moldova prezidenti Maya Sandu bildirib ki, Kişinyov Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ətrafında yaranmış vəziyyətdən narahatdır. 

News24.az xəbər verir ki, o, Tvitter səhifəsində qeyd edib ki, söhbət vətənində həbsdə olan siyasətçinin səhhətindən gedir.

“Saakaşvilinin həbsdə olduğu müddətdə səhhətinin ciddi şəkildə pisləşdiyini göstərən məhkəmədəki narahatedici görüntülərindən dərin narahatıq. Gürcüstan hakimiyyətini onun rifahını prioritetləşdirməyə və təcili olaraq xaricdə həyat qurtaran tibbi müalicəyə çıxışı təmin etməyə çağırırıq”, - Sandu yazıb.

Akqabay