-
- 10-07-2023, 15:32
- 353
Xankəndidə xaosa səbəb olan “bir günlük qaz”: Bakı hansı mesajı verdi?
“Bakı tərəfindən Ermənistandan Xankəndinə gələn qazın bərpa edilməsi, bir gün sonra isə dayandırılması separatçılar arasında xaosa səbəb olub. Eyni zamanda, bu mövzu erməni əhalisi arasında da ciddi müzakirə edilir, daha çox səbəblərini, Bakının niyə belə bir addım atdığını anlamağa çalışırlar”.
Bu sözləri News24.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
O bildirib ki, Xankəndində baş verənlərə nəzər yetirdikdə qazın bir günlük verilməsinin səbəbini anlamaq olur: “Azərbaycan erməni əhalisinin gündəmini formalaşdırır və bununla açıq mesajlar verilir. Bu mesaj erməni əhalisinə ünvanlanıb və onlara reinteqrasiya prosesi baş tutacağı təqdirdə, bütün problemlərinin həll ediləcəyi, bütün ehtiyaclarının təmin olunacağı göstərilir. Eyni zamanda, üzləşdikləri vəziyyətə görə günahkarların separatçılar və onların havadarlarının olduğu mesajı verilir. Çünki Azərbaycanın suveren ərazisi olan Xankəndi və ermənilərin yaşadığı digər ərazilərin qazlaşdırılması planı var, lakin məhz separatçılar və havadarları bunun həyata keçirilməsinə imkan vermir. Azərbaycan da Ermənistandan öz ərazisinə daxil olan qaz xətti üzərində klapan-vana qurmaqla prosesə nəzarəti ələ alıb. Vananın bağlanmasına səbəb də məhz Ermənistan və separatçıların təxribatları oldu. İndi Bakı vananı bir günlük açmaqla erməni əhalisinə lazımi mesajlarını çatdırır və qeyd etdiyim kimi, onların gündəmini, ictimai rəyini formalaşdırır”.
Asif Nərimanlı qeyd edib ki, bu mesajlar həm də Qarabağ, xüsusilə Laçın postu məsələsi üzərindən bakıya qarşı son günlər ittihamlar yağdıran tərəflərə də ünvanlanıb: “Qərbdə ermənipərəsət qüvvələr, bölgədə isə Rusiya son günlər Laçın postunun açılması üçün Bakıya təzyiq etməyə cəhd göstərir. Azərbaycan birgünlük qaz gedişi ilə “öz suveren ərazimdə istədiyimi edə bilərəm” mesajını verir”.
Akqabay Mıradov