Qəza törədən Nazim: "Mən günahkaram, amma qaçmamışam..." - FOTO - ÖZƏL
    • 28-02-2019, 12:07
    • 1 552

Qəza törədən Nazim: "Mən günahkaram, amma qaçmamışam..." - FOTO - ÖZƏL

Müğənni Nazim Pişiyari fevralın 15-də baş verən avtomobil qəzası ilə bağlı açıqlama verib.

“Toyota” markalı, “10 NF 022” dövlət nişanlı avtomobili ilə “Hyundai”a çırpılan ifaçı News24.az-a danışarkən qəzanı özünün törətdiyini bildirib:

“Bir həftə öncə yağışlı havada evə gəlirdim. Elə oldu ki, əyləc tutmadı və başqa bir avtomobilə çırpıldım. Həmin maşında başqasına çırpıldı. Yəni, zəncirvari qəza oldu. Maşınların hər birinə xəsarət dəyib. Hazırda onları da təmir etdirirəm.

Şükürlər olsun ki, özümə heçnə olmayıb. Qaçmaq məsələsi isə tamamilə yalandır. Əksinə polis işçilərini gözləmişəm”.

Teymur MƏMMƏDOV