Tanınmış blogerin evinin qarşısında partlayış BAŞ VERDİ - VİDEO
    • 13-07-2023, 15:07
    • 189

Tanınmış blogerin evinin qarşısında partlayış BAŞ VERDİ - VİDEO

Rusiyayönlü bloger Aleksandr Talipovun yaşadığı Feodosiya şəhərində evinin qarşısında partlayış baş verib. 

News24.az xəbər verir ki, bu barədə bloqqer özü teleqram kanalında yazıb.

O, partlayıcının binanın yaxınlığında dayanan mopedə qoyulduğunu iddia edib:

“Saat 19:00 radələrində güclü partlayış oldu, evdə divarlar silkələndi. Həyətə çıxanda girişin yanında bir mopedin yandığını gördüm". 

Mənbələrin məlumatına görə, işə düşən qurğu təxminən 400 qram ağırlığında trotil olan mərmisiz partlayıcıdır. Partlayış zamanı 25, 61 və 85 yaşlarında üç qadın qəlpə yaraları aldığı bildirilib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Talipov partlayışı hücum edənlərin planlaşdırdığını, bunun qətlə cəhd və ya terror aktı olduğunu vurğulayıb.

Aynurə